Sosial şəbəkədə biz:

Ermənistanda əsir saxlanılan əsgərimizin valideynləri: “Vəhşiliyin son həddidir” - VİDEO

14 April 2023, 08:27
Gündəm

Bir neçə gün əvvəl Azərbaycan Ordusunun itkin düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov Ermənistan ərazisində saxlanılıblar.

Əsir düşən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov Baku TV-yə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü görüntülərə baxdıqda özünü çox pis hiss edib:

“Bu vəhşiliyin son həddidir. Beynəlxalq təşkilatlara müraciətimiz odur ki, yaxın zamanda əsirlərimiz geri qaytarılsın”.

Daha ətrafı süjetdə:

https://www.youtube.com/embed/9DbofdNkkTc