Sosial şəbəkədə biz:

Şitilləri suvaran 18 yaşlı qızı tok vurub öldürdü

Göyçay rayonunda gənc qız faciəli şəkildə ölüb. Hadisə bu gün rayonun Yalman kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Dəmirova Elnarə Şirinbala qızını yaşadığı evin həyətində elektrik cərəyanı vurub. Qız həyətdəki pomidor istixanasında şitillərin suvarılması üçün valideynlərinə kömək edərkən su motorunun köhnə elektrik naqili ilə ehtiyatsız davranıb və cərəyan onu vurub. E.Dəmirova yerində ölüb. Faktla bağlı Göyçay Payon Prokurorluğu tərəfindən araşdırma aparılır (APA).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol