Sosial şəbəkədə biz:

Xəstəxanada heyvanların parçaladığı körpə meyiti tapıldı

31 May 2016, 13:57
Gündəm
Bakıda xəstəxananın həyətində körpə meyiti tapılıb. " Azinforum.az " “Report”a istinadən xəbər verir ki, akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində, yaşıllıq və ağaclıq olan ərazidə yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) qız uşağının meyiti aşkar olunub. İlk baxışdan məlum olub ki, körpə vəhşı heyvanların qurbanı olub. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılır.