Sosial şəbəkədə biz:

Yeni rəis generalı işdən çıxardı

21 May 2023, 11:10
Gündəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. 

Unikal.az xəbər verir ki, xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, ötən ay Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edilib.