Sosial şəbəkədə biz:

Dəniz vağzalını bulvardan “ayırdılar” - VİDEO

24 May 2023, 07:58
Gündəm

Dəniz vağzalından çıxaraq yolu keçmək istəyən vətəndaşlar çəkilən yeni çəpərlə qarşılaşıblar.

Sakinlər vağzaldan çıxdıqdan sonra parkın ərazisinə keçmək üçün məcbur qalıb yolun hərəkət hissəsindən istifadə edirlər.

“Formula-1” vaxtı bura açıq idi. Daha sonra yenidən bağladılar. Yolu keçmək üçün ya xeyli yol qət etməliyik, ya da, özümüzü təhlükəyə atıb avtomobillərin hərəkət etdiyi hissədən keçməliyik”, - deyə paytaxt sakini qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/96PEzlCSZks