Sosial şəbəkədə biz:

Namiq Xəlilov yeni vəzifəyə təyin edilib

02 June 2016, 11:45
Gündəm
Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilmiş Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) sabiq rəisi Namiq Xəlilova yeni vəzifə verilib. Belə ki, N.Xəlilov maliyyə naziri Samir Şərifovun müşaviri təyin edilib. Nazirin digər müşaviri isə Adir Məmmədovdur. Xatırladaq ki, DSNX bu il fevralın 3-də ləğv edilib. Qurumun səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülüb.