Sosial şəbəkədə biz:

Bakı və Yerevan dəmiryolunun haradan keçməsi və gömrüklə bağlı razılığa gəlib

09 June 2023, 16:38
Gündəm

"2-3 fikir ayrılığı var, ümumiyyətlə isə mətn yüksək səviyyədə hazırdır".

Toplum TV "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında danışarkən deyib. 

Aleksey Overçuk bildirib ki Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin Soçidə baş tutan sonuncu görüşü 9 saat davam edib.

Onun sözlərinə görə,

"Görüşün nəticələrinə əsasən, prinsipial məqamlar - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var.

Bu, adi bir dəmir yolu olacaq. Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Və hər tərəfdən blokun tezliklə açılması prosesinə başlamaq istəyi var", - deyə o qeyd edib. 

Overçuk onu da qeyd edib ki, sərhəd nəzarətinin Rusiya Federasiyası Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi məsələsi Ermənistandan asılı olacaq.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da bildirmişdi ki, Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun sonuncu görüşü zamanı nəzərəçarpacaq irəliləyiş əldə olunub. 

2-3 fikir ayrılığı var, ümumiyyətlə isə mətn yüksək səviyyədə hazırdır.