Sosial şəbəkədə biz:

Ailənin gəliri azı 1500 manat olmalıdır ki, dolana biləsən

10 June 2023, 12:45
Gündəm

Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirir ki, inflyasiya göstəricisi ilə bağlı fərqli proqnozlar var və bu rəqəmin daha yüksək olacağı gözlənilir.

Ekspert bildirir ki, Dövlət Statistika Komitəsinin ailə təsərrüfatları arasında keçirdiyi sorğu nəticələrinə görə, ölkə əhalisinin hər 100 nəfərindən 11-nin gəlirləri 200, 55-nin gəlirləri isə 300 manatdan aşağıdır. Hər 100 nəfərdən yalnız 6-7-sinin gəlirləri 500 manatdan yuxarıdır.

Rəşad Həsənovun sözlərinə görə, xərclər minimumdan hesablansa, hazırki vəziyyətə görə bir ailənin gəliri ən azı 1000 manat olmaldır.

Mövzu ilə bağlı paytaxt sakinlərinin fikri də maraqlıdır: "Proqnozlaşdırılan inflyasiyanın fonunda bir ailənin aylıq gəliri 1500-3000 manat aralığında olmalıdır".

https://newstube.az/embed/152053