Sosial şəbəkədə biz:

“Cratos Hall” restoranı 8-ci mikrorayonu kabab tüstüsündə boğur - Nazirlik hara baxır?+Video

10 June 2023, 20:50
Gündəm

Azinforum.az olaraq aşağıdakı videoda təqdim etdiyimiz bu mənzərə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında, Süleyman Sani Axundov küçəsində yerləşən “Cratos Hall” şadlıq evinin ətrafında çəkilib. Qanunvericiliyin tələblərinə görə, restoranların tüstü buraxan bacaları xüsusi standarlara cavab verməlidir. Buna da Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət etməlidir. Ancaq canlanan mənzərə onu deməyə əsas verir ki, sözügedən nazirlik bu biabırçılığa göz yumur və nəticədə ətraf binalarda yaşayan vətəndaşlar əziyyət çəkirlər. Ərazidən çəkilən görüntülərlə aşağıdakı linklərə tıklamaqla tanış ola bilərsiniz.

https://vt.tiktok.com/ZSL2wTDrx/

https://youtube.com/shorts/GzeETqqwwus?feature=share