Sosial şəbəkədə biz:

Fransa İranı Rusiyaya dəstəyi dayandırmağa çağırıb

11 June 2023, 10:06
Gündəm

Fransa prezidenti Emmanuel Makron İran lideri İbrahim Rəisi ilə telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb.

Bu barədə “Agence France-Presse” agentliyi Yelisey sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib. Fransa prezidenti Tehranı Moskvaya dəstəyini dərhal dayandırmağa çağırıb.