Sosial şəbəkədə biz:

Azərbaycan minalarla çirklənmiş ərazilərin onda birini təmizləyib

20 June 2023, 08:22
Gündəm

“Mövcud çətinliklərə baxmayaraq Azərbaycanın minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib”.

Bunu Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşündə iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib.

Səfir, həmçinin, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq Azərbaycana hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırdığı vurğulanıb. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyi, həmçinin ölkəmizin beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.