Sosial şəbəkədə biz:

Vidadi Muradovun müsadirə olunmuş şirkəti ilə bağlı qərar qəbul ediildi

20 June 2023, 08:50
Gündəm

Bakı Kommersiya Məhkəməsində "Xalq Bank" ASC-nin "Azər İlmə" MMC-yə qarşı iddiasına baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevamın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

Xatırlatma: "Xalq Bank" ASC "Azər İlmə" MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Cavabdeh qismində Muradova Rahilə Cəbrayıl qızı və Muradov Aydın Vidadio oğlu göstərilir.

Qeyd: "Azər İlmə" MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.