Sosial şəbəkədə biz:

İqtisadçı jurnalistlər üçün təlimlər keçirildi - FOTOLAR

20 June 2023, 14:11
Gündəm

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və İqtisadiyyatın Əsasları Təşəbbüsünün birgə təşkilatçılığı ilə Bakıda iqtisadiyyat üzrə ixtisaslaşmış jurnalistlər üçün seminar təşkil edilib. Seminarın məqsədi maliyyə savadlılığını artırmaq, media orqanları və universitetlərin jurnalistika fakültəsi tələbələrinin potensialını gücləndirmək və ictimaiyyətin məlumatlandırılmasına töhfə vermək idi.

Diskussiya formatında keçən seminarda iqtisadiyyat sahəsində ixtisaslaşma ilə bağlı jurnalistlərin suallarını cavablandıran seminar təlimçiləri ABŞ-ın aparıcı universitetlərinin professorları Randall Filer, Tawni Ferrarini və Joseph Calhoun idi. Təlimdə aparıcı media qurumlarının əməkdaşları, dövlət qurumlarında içtimai əlaqələr üzrə mütəxəssislər, ekspertlər və tələbələr iştirak ediblər.