Başçı: “Kim ki deyir, polis vətəndaşı döyür, o dövlət xainidir”
Xəbər verdiyimiz kimi, bu gün Gədəbəy sakinləri Söyüdlü kəndi ərazisində ikinci süni gölun yaradılmasına etiraz aksiyası keçiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da aksiya keçirilən əraziyə gəlib.
İcra başçısı jurnalistlərin suallarını cavablandırarkən polislərin vətəndaşları döyməsi iddiasını yalanlayıb.
Bu barədə “Ecobill” səhifəsi görüntülər yayıb.
“Vətəndaşları heç kim döymür. Ay camaat, kim ki deyir ki, polis bizim vətəndaşımızı döyür, o bizim dövlətimizin xainidir, dövlətimizi sevməyən adamdır”, - icra başçısı deyib.