Sosial şəbəkədə biz:

"Əziz Söyüdlü sakinləri, bir daha belə şey yapmayın" - İlqar Məmmədov

22 June 2023, 09:06
Gündəm

Xəbər verdiyimiz kimi, Gədəbəyin Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edib və bunun nəticəsində vətəndaşlarla polis əməkdaşları arasında insident yaşanıb. REAL Partiyanın sədri İlqar Məmmədov baş vermiş hadisə ilə bağlı fikrini bildirib.
Bu barədə partiya sədri sosial şəbəkə hesabında yazıb.
Məmmədov bildirib ki, Gədəbəyin Söyüdlü kəndində son parlament seçkilərində səsverməyə 571 sakin gəlib və onların 63 faizi YAP Təftiş Komissiyasının üzvü Sevinc Hüseynovaya səs verib:
"Əziz Söyüdlü və digər kənd və şəhərlərin sakinləri! Bir daha belə şey yapmayın. REAL partiyasına səs verin ki, sizi dövlətin mümkün qədər çox imkanlarından istifadə edərək bu cür özbaşınalıqdan qoruya bilək. YAP bu qorumanı təmin etməyib və heç vaxt etməyəcək".