Azərbaycanda bayram namazı iyunun 28-də qılınacaq
Azərbaycanda Qurbаn bаyrаmı bayramı namazı iyunun 28-də qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası bununla bağlı fətva verib.
Qeyd edək ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Miladi təqvimi ilə iyunun 28-nə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq üç gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq.