“Titan”dakı bütün ekipaj üzvləri öldü
ABŞ Sahil Mühafizə İdarəsi "Titan" sualtı qayığının ekipajının öldüyünü təsdiqləyib.
Bu barədə idarənin yaydığı məlumatda deyilir.
Bildirilib ki, tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a - ABŞ Sahil Mühafizəsinə məxsusdur.
Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayığın göyərtəsində 5 nəfər olub.