Neft şirkətinin keçmiş işçisi işdən qanunsuz çıxarıldığını bildirir
Əhəd Səmədov "Binagadi Oil Company" şirkətinin keçmiş işçisidir. Deyir, 20 ildən çoxdur ki,həmin şirkətin yeraltı əsaslı təmir və quyuqazma bölümündə usta kimi işləyib. Şirkətlə bağladığı əmək müqaviləsi müddəti bitdikdən sonra yenilənməyib. Şikayətçi əmək müqaviləsinin yenilənməməsinin səbəbini çalışdığı departament rəhbəri İlqar Kərimin ona qarşı qərəz kimi qiymətləndirdiyindən, məhkəməyə müraciət edib.
Ali Məhkəmə şikayətçinin lehinə çıxarılan işə bərpa olunması ilə bağlı qərarı ləğv edib. Məhkəmə hökmü belə əsaslandırıb ki, şikayətçi bir müddət əvvəl işdən çıxıb başqa şirkətə keçib. Yenidən "Binəqədi Oil"-ə qayıtdıqda isə onun müqaviləsinin müddəti bu səbəbdən yenilənməyib. Hadisə necə baş verib? Şikayətçi özü danışır.
Ə.Səmədovun sözlərinə görə 300 nəfərə yaxın işçi "Binagadi Oil"-in onlara işdən çıxmaqla bağlı yazdırdıqları ərizə ilə başqa şirkətin balansında işləməyə başlayıb. Bir müddət sonra onlar yenidən "Binagadi Oil" şirkətinə qayıdıb. Amma həmin işçilərdən sadəcə Ə.Səmədov işinə qaytrılmayıb. O deyir, Ali Məhkəmə ona qarşı qərəzli davranıb.
Məsələ ilə bağlı "Binagadi Oil" şirkəti Toplum Tv-nin sorğusunu cavablandırmayıb. Ali Məhkəmənin mətbuat xidmətilə də əlaqə saxlamaq mümkün olmayıb.