Naxçıvanda toydan qayıdanlar qəzaya düşdü, 5 nəfər öldü
Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Rayonun Kərki və Böyükdüz kəndləri arasında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Qəzada yaralı olan beş nəfərin vəziyyəti də ağır qiymətləndirilir. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.Faktla bağlı araşdırma aparılır.