Sosial şəbəkədə biz:

Bağlanmış partiyaların liderləri bundan sonra nə edəcək: Yeni təşkilatr yaradılır?

26 June 2023, 10:28
Gündəm

Azərbaycanda fəaliyyətini dayandıran partiyaların sayı 29-a çatıb.
Son iki gündə 3 partiya fəaliyyətini dayandırıb.
Bunlar Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) və Vətəndaş və İnkişaf Partiyasıdır (VİP). Hər üç partiyanın fəaliyyətini dayandırması barədə bəyanat yayılıb. 
"Siyasi partiyalar haqqında” yeni qanuna görə siyasi partiyaların qeydiyyata alınması üçün təşkilatın ən azı 5000 üzvü olmalıdır. İddialara görə, partiyaların fəaliyyətini dayandırması qanunun bu tələbinə cavab verməmələri ilə bağlıdır. 
Lakin partiyaların bağlanması ilə əlaqədar başqa fərziyyələr də səsləndirilir. Məsələn, bəzi mülahizələrə görə, bağlanmış partiyaların bazasında yeni təşkilat formalaşdırıla bilər. Həmin təşkilata isə bu partiyaların liderlərindən birinin rəhbərlik etməsi nəzərdə tutulur. Hələ ki, bu ehtimal təsdiqlənmir. Bağlanmış partiyaların liderləri bu barədə hər hansı məlumata malik olmadıqlarını deyir. 
Bəzi iddialara görə isə bağlanmış partiyaların liderləri başqa siyasi təşkilatlara transfer oluna bilər. Bu yöndə müəyyən danışıqların aparıldığı bildirilir. 
Məlumatlarda o da iddia olunur ki, partiyaların bağlanması prosesi davam edəcək. 
Yada salaq ki, "Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşmaq üçün partiyalara iyulun 10-na qədər vaxt verilmişdi. Artıq iyun ayı bitmək üzrədir və partiyaların çox az vaxtı qalıb. Bu müddət ərsində 5000 üzv problemini həll edə bilməyən partiyalar qeydiyyata alınmayacaq. 
Yeni qanundan sonra bağlanan partiyaların siyahısını təqdim edirik:
Azərbaycan Naminə Alyans PartiyasıAzərbaycan Təkamül PartiyasıBirlik PartiyasıMilli Vəhdət PartiyasıAzərbaycan Azad Respublikaçılar PartiyasıAzərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Liberal Demokrat PartiyasıAzərbaycan Sosial Demokrat PartiyasıAzərbaycan Vahid Kommunist PartiyasıMüstəqil Azərbaycan PartiyasıAzərbaycan Respublikaçılar PartiyasıYeni Yol PartiyasıAzərbaycan Milli Demokrat PartiyasıAydınlar PartiyasıMüstəqil Xalq PartiyasıVahid Azərbaycan Milli Birlik PartiyasıAzərbaycan Tərəqqi PartiyasıAzərbaycan Kommunist PartiyasıQorqud PartiyasıMilli Konqres PartiyasıAzərbaycan Vətənpərvərlər PartiyasıVətəndaş Birliyi PartiyasıMilli-Demokrat İdrak PartiyasıMilli Həmrəylik PartiyasıCümhuriyyət Xalq PartiyasıSosial Ədalət PartiyasıAzərbaycan Yüksəliş PartiyasıAzərbaycan Liberal PartiyasıVətəndaş və İnkişaf Partiyası. Qaynarinfo