Sosial şəbəkədə biz:

Mərkəzi Bank "Veysəloğlu" ilə üz-üzə

26 June 2023, 10:32
Gündəm

Nizami Rayon Məhkəməsində Mərkəzi Bank tərəfindən "Veysəloğlu" MMC barəsində yazılmış cərimə protokol üzrə məhkəmə başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Qeyd: "Veysəloğlu" MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.