“Qarabağ” braziliyalı futbolçu transfer etdi
“Qarabağ” futbol klubu Portuqaliya Premyer Liqa təmsilçisi “Şaveş”dən Vieyra Juninyonu transfer edib.
Bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Juninyo Ağdam təmsilçisinin 18 nömrəli formasında çıxış edəcək.