Sosial şəbəkədə biz:

Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı - Paşinyan

27 June 2023, 10:54
Gündəm

Belə bir versiya var ki, məsələn, 27 oktyabr 1999-cu il hadisələri danışıqlar prosesi ilə, xüsusən də ərazilərin mübadiləsi konsepsiyası ilə bağlıdır.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında bildirib.

O əlavə edib: "Bu, hələ cinayət qanunvericiliyində sübuta yetirilməmiş və əsaslandırılmamış versiyadır, lakin onun istintaq predmetinə çevrilməsi mümkündür".

Baş nazir qeyd edib: “1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu qeyd edildi. Bundan sonra 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, 2 dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı. Bəs qələbə kimin oldu, niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə bu qələbə nəticəsində Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır. Bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi daxili siyasi aspektdə çox önəmli idi”.