Sosial şəbəkədə biz:

Macarıstan Avropa İttifaqından çıxarıla bilərmi? - Politoloq

28 June 2023, 10:55
Gündəm

Macarıstanın Avropa İttifaqından kənarda qalması çətin olacaq, çünki assosiasiyanın nizamnamə sənədlərində belə bir prosedur nəzərdə tutulmayıb və iqtisadiyyat üçün mümkün mənfi nəticələri ola bilər. 
Qaynarinfo xəbər verir ki, bunu IMEMO RAS-ın Avropa Araşdırmaları Mərkəzinin baş elmi işçisi Vladimir Olençenko Macarıstan baş naziri Viktor Orbanın bəyanatlarından sonra ölkənin Avropa İttifaqından çıxarılmasının mümkünlüyü barədə danışarkən deyib.
Politoloqun fikrincə, Böyük Britaniya Aİ-dən çıxmaq qərarına gələndə məlum olub ki, qurumun təsis sənədlərində üzv dövlətin çıxması və ya çıxarılması proseduru nəzərdə tutulmayıb. Bundan sonra ölkənin ittifaqdan çıxması şərtləri ilə bağlı sazişin imzalanmasına il yarım vaxt lazım olub.

O, həmçinin izah edib ki, Aİ-nin hər hansı üzvünün oradan çıxarılması ilə "cəzalandırılması” məsələsinə heç vaxt baxılmayıb.
Politoloq digər səbəbin Aİ-nin Macarıstandan əldə etdiyi iqtisadi faydanı göstərib.