Sosial şəbəkədə biz:

Qeyri-sabit hava şəraiti daxili turizmə mənfi təsir edir - Video

29 June 2023, 11:04
Gündəm

Hava şəraitinin qeyri-sabit keçməsi səbəbindən daxili turlara maraq azalıb. Havanın mövsümə uyğun xarakterli olmaması bu sektora ciddi zərər vurur.
Bunu turizm eksperti Fariz Bəşirov bildirib.
Ekspertin sözlərinə görə, daxili turlarla maraqlanan müştərilər hava şəraitinin ani dəyişimindən ehtiyat edərək uzaq tarixlərə olan turlarla demək olar ki, maraqlanmırlar.
O hesab edir ki, hava şəraiti belə davam edərsə, mövsümün sonuna olan sifariş göstəriciləri keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə az olacaq.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/watch?v=3T7ESmSAgok