Sosial şəbəkədə biz:

"Bir neçə dəfə Həcc ziyarətinə getməkdənsə…"

29 June 2023, 11:06
Gündəm

"Bir şəxsin Həcc ziyarətinə dəfələrlə getməsi ilə bağlı heç bir məhdudiyyət və yaxud da qadağa yoxdur".
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev danışıb.
"Amma biz tövsiyə edirik ki, bir dəfə getdikdən sonra digər Həcc səfərlərinin əvəzinə, maddi ehtiyacı olan şəxslərə yardım edilsin. İndi bəzi insanlar bir neçə dəfə Həcc ziyarətinə getməklə yanaşı, həm də ehtiyacı olan insanlara yardım edirlərsə də, bu da normaldır", - Fuad Nurullayev əlavə edib. APA