Sosial şəbəkədə biz:

“Ukraynanın NATO-ya qəbul edilməməsi Avropa üçün intihardır” - Kuleba

01 July 2023, 10:48
Gündəm

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin NATO-ya qəbul edilməməsini Avropa üçün intihar adlandırıb.

O, bu barədə Almaniyanın “Welt” telekanalına müsahibəsində bildirib.

Kulebanın sözlərinə görə, müharibə bitdikdən sonra Ukraynanı Şimali Atlantika Alyansına qəbul etməmək Avropa üçün intihardır.

Nazirin fikrincə, bu, Avropada müharibə ehtimalının daim mövcud olması deməkdir.

Qeyd edək ki, Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini İqor Jovkva prezident Volodimir Zelenskinin NATO-nun Vilnüsdə keçiriləcək sammitinə Ukraynanın alyansa dəvət ediləcəyi təqdirdə gedəcəyini bildirib.