Sosial şəbəkədə biz:

İsmayıllıda sel fəlakəti zamanı deputatın qohumlarının da evləri su altında qalıb?

01 July 2023, 11:23
Gündəm

Milli Məclisin deputatı Tahir Kərimli İsmayıllıda baş verən sel fəlakəti zamanı qohumlarının evlərinin su altında qalması, mal-qaralarının tələf olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, bu məlumat doğru deyil: “Düzdür, hamı kimi bizim də kəndimizə qəfil sel gəlib. Güclü sel oldu. Amma evi, mal-qarası tələf olan yoxdur.  Təəssüf ki, respublikanın hər yerində çox güclü sel baş verdi. Mingəçevir, Goranboy, bütün Şirvan zonası, Lahıc, Şamaxının Sis kəndində... Şükür Allaha salamatlıqdır”.