Sosial şəbəkədə biz:

Ermənilərin səngərlər qazması bölmələrimiz tərəfindən dayandırılıb

09 July 2023, 11:53
Gündəm

Erməni silahlılarının ərazilərimizdə səngərlər qazması, sığınacaqlar hazırlaması bölmələrimiz tərəfindən dayandırılıb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.