Sosial şəbəkədə biz:

İsrailin müdafiə naziri Azərbaycana gəlir

12 July 2023, 17:15
Gündəm

İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana gələcək.

Bu barədə iyulun 12-də İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, Yoav Qallant səfəri zamanı Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və digər yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. 

İyulun 14-dək davam edəcək səfərin məqsədi Azərbaycanla siyasi əməkdaşlığı möhkəmləndirmək, iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.