Sosial şəbəkədə biz:

Naxçıvanda vergi daxilolmaları 36% artıb

15 July 2023, 09:54
Gündəm

2023-cü ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasında (MR) Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 75,9 milyon manatdan artıq vergi daxil olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 20 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin iyun ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 20,8% və ya 2,2 milyon manat artıb.