Sosial şəbəkədə biz:

Türkiyədə meşələr yanır - FOTOLAR

17 July 2023, 08:08
Gündəm

Türkiyədə Çanaqqala vilayətinin Kızılkeçili kəndi yaxınlığında meşə yanğını baş verib. Yanğına havadan və qurudan müdaxilə edilir.

Bundan əlavə Mersinin Gülnar rayonunda, Hatayın Belen rayonunda və Osmaniyenin Düziçi rayonunda meşə sahəsində yanğın başlayıb.

Bölgəyə yanğınsöndürmə helikopteri, çoxlu sayda suçiləyici, meşə təsərrüfatının əməkdaşları cəlb edilib.