Sosial şəbəkədə biz:

“Bilmirəm hara qaçım, boşluqdayam...” - Aynişan

18 July 2023, 08:44
Gündəm

Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış bloger Aynişan Quliyeva depressiyada olduğunu etiraf edib.

O, bu barədə sosial şəbəkə hesabında yazıb:

"Son günlər o qədər aqressivəm ki, bəzən özümə gücüm çatmır. Bilmirəm bu nə dönəmdir belə, hansı döngədəyəm, amma hazırda vəziyyətim belədir. Bu anlarımda özümü yalnız Lalənin (yoqa təlimçisi) yanında yaxşı hiss edirəm.

Özümü o qədər boşluqda hiss edirəm ki, bilmirəm hara qaçım. Sıxılıram..."

A.Quliyeva sıxıntısının səbəbini gizli saxlayıb.