Sosial şəbəkədə biz:

Ramiz Mehdiyev adının siyahıdan silinməsindən danışdı: "Özbaşınalıqdır"

20 July 2023, 16:05
Gündəm

"Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır".

Bunu "Unikal"a açıqlamasında AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev deyib.

"Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur", - deyə o əlavə edib.

Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılmışdı.