Sosial şəbəkədə biz:

Naxçıvanda yararsız layihələndirilən məktəb binası söküldü - Video

22 July 2023, 08:53
Gündəm

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən sökülüb.
Bu barədə Naxçıvan televiziyasının videomaterialında deyilir.
Bildirilir ki, kənddə müasir üslubda yeni tədris binası tikiləcək.
Qeyd edək ki, iyulun 13-ü Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərində yaşayış kompleksinin istifadəyə verilməsi zamanı bu barədə sakinlərlə məlumat verib.

https://www.youtube.com/watch?v=bRrAMUKR31E