Sosial şəbəkədə biz:

Qurban Qurbanovun oğlu İsveç çempionatında debüt etdi

23 July 2023, 10:11
Gündəm

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb.
Gənc forvard İsveç Allsvenskanının XVI turunda “Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.

Hazırda matçda üstünlük rəqib klubdadır, “Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır.

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb.