Qazaxıstanın Aktoba şəhərində atışma gedir
Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərinin bir neçə rayonunda atışma gedir.
APA-nın məlumatına görə, bu barədə Qazaxıstanın “Diapazon” nəşri məlumat yayıb.
Şahidlər qəzetə bildiriblər ki, atışma bu gün saat 13 radələrində başlayıb. Əvvəlcə soyğunçular Sputnik rayonunda silah mağazasını talan ediblər. 24-30 yaşlı kişilər hərbi hissədə hərbiçiləri girov götürüb eyni zamanda Aktoba şəhərində İleksk polis bölməsinə hücum çəkiblər.
Atışma zamanı 2 nəfər xəsarət alıb. Polisin hücum çəkənlərdən bir neçə nəfəri saxladığı da bildirilir.
Qəzet yazır ki, hazıra şəhərin Meqa və Siti-mərkəz bölgələrində böyük mağazalar, ticarət mərkəzləri, bazarlar bağlanır, əhali kütləvi evakuasiya edilir.