Sosial şəbəkədə biz:

Sumqayıtda 25 milyonluq əmlak kompleksi hərraca çıxarılır

02 August 2023, 17:04
Gündəm

Sentybarın 1-i saat 11:00-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək növbəti hərracda xüsusi müsadirə edilmiş əmlak kompleksi (avadanlıqları ilə birlikdə) satışa çıxarılacaq.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

25 milyon 890 min manat start qiyməti ilə hərraca çıxarılacaq əmlak Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1 ünvanında yerləşir.