Sosial şəbəkədə biz:

Cəmil Həsənli yenidən Milli Şuranın sədri seçilib

06 June 2016, 15:09
Gündəm
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) iyunun 4-də keçirilmiş sessiyasında professor Cəımil Həsənli yenidən bu ictimai təşkilatın sədri vəzifəsinə seçilib. Azinforum.az bildirir ki, bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb. Məlumata görə, sessiyada ictimai-siyasi vəziyyət müzakirə edilib, cari və təşkilatı məsələlərə baxılıb. Müzakirələrdə AXCP sədri Əli Kərimli, Nurəddin Məmədli, Əli Abbasov, Nemət ƏIiyev və Vahid Məhərrəmli, Tofiq Yaqublu və digərləri iştirak ediblər.