Sosial şəbəkədə biz:

“Toylara borc götürüb gedirəm” - Rəşid Mahmudov

15 August 2023, 01:08
Gündəm

“Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”. 

Bu sözləri Bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib. 

Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb: 

“Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, - deyə R.Mahmudov gileylənib. 

Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqları üçün də xaricə axın edirlər.