Sosial şəbəkədə biz:

Azərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başlayıb

19 August 2023, 00:17
Gündəm

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.
Azinforum.az 
-ın məlumatına görə, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.

Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibini üstələyərək 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbə qazanıblar.

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.