Sosial şəbəkədə biz:

Rusiyada Mirkazım Seyidovun Əhməd Kadırova həsr etdiyi kitabın təqdimatı oldu-Video

26 August 2023, 10:00
Gündəm

Tanınmış ictimai-siyasi xadim, Azərbaycan və Rusiya dövlətlərinin ali dövlət mükafatları laureatı Mirkazım Seyidovun parlaq yaradıcılığın məhsulu olan - növbəti kitabı işıq üzü görüb. Müəllifin bu dəfəki kitabı Çeçenistanın ilk prezidenti Əhməd Kadırova həsr olunub. Nəfis tərtibatda, 3 dildə ( azərbaycan, rus və ingilis-red) nəşr olunan kitabın Rusiyanın Novosibirsk şəhərində təntənəli təqdimat mərasimi baş tutub.

Tədbirdə Rusiyanın dövlət və ictimai qurumlarının nümayəndələri və başqa möhtəbər qonaqlar iştirak edib. Kitab təqdimatı ilə bağlı təşkil olunan toplantıda Əhməd Kadırovun həyat və yaradıcılığını əks etdirən qısametrajlı film də nümayiş olunub. Sözügedən tədbir Rusiyanın aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb. Azinforum.az həmin videosüjetlərdən birini təqdim edir:

https://youtu.be/DjoLhrdUSZ4?si=JtDN6hyiO897nl-r