Sosial şəbəkədə biz:

Laçında dünya şöhrətli fotoqrafın layihəsi NÜMAYİŞ OLUNUB - FOTO

27 August 2023, 01:04
Gündəm

Laçında fotoqraf Reza Deqati tərəfindən hazırlanan, valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların fotoları nümayiş olunub. 

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter“ (hazırki “X”) hesabında məlumat verib. 

“Laçında fotoqraf Reza Deqati tərəfindən hazırlanan “Ev, Şirin Ev” adlı layihə. Babaları və valideynləri Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları.

30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz Vətənlərinə, Laçına qayıdırlar. Həmçinin burada dünyanın müxtəlif guşələrindən olan 100 uşağın fotoşəkilləri də yer alıb”, - deyə Prezidentin köməkçisi qeyd edib.