Sosial şəbəkədə biz:

Nəsimi Nəbizadə narkotikə qurşanmasından və bacısına etdiklərindən danışdı (VİDEO)

01 September 2023, 00:48
Gündəm

"Bacıma dərd verdiyimə görə özümü bağışlaya bilmirəm. Kişi bacısını incitməz. O, həmişə mənimlə fəxr edib”.
Bunu Baku TV-də yayımlanan "Qapqara” verilişində Əməkdar jurnalist Nəsimi Nəbizadə deyib.
Narkotikə qurşanmasından danışan jurnalist həyatının son bir neçə ilini "səfeh” dövrü adlandırıb:
"Həmin dövr gəlib 40-la 50 yaşımın arasına düşdü. Heç bilmədim, necə oldu. Pis adamlara lənət olsun”.O, indiyə qədər ailə qurmadığı üçün peşman olduğunu etiraf edib:
"İnsan vaxtda uduzanda cığallıq edə bilmir, məcbur etiraf edir. Gələn il 50 yaşım olacaq. Hələ ailə qurmamışam. Özümü vaxtda uduzmuş hesab edirəm”.
Daha ətraflı süjetdə:

https://www.youtube.com/watch?v=6y5qvgzckQk