Sosial şəbəkədə biz:

Məhkəmə "Bazarstore" şirkətinə qarşı qərarı açıqladı

02 September 2023, 08:30
Gündəm

Bakı Kommersiya Məhkəməsində Qızıl-gül firmasının "Bazarstore" MMC-yə qarşı iddiası əsasında məhkəmə başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia qismən təmin edilib.

Qeyd: Qızıl-gül firması "Bazarstore" MMC-ni məhkəməyə verərək icarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.