Sosial şəbəkədə biz:

Zibeydə Sadıqova barəsində şikayət əsassız hesab edildi

02 September 2023, 08:40
Gündəm

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin intizam komissiyasının iclasında vəkil Zibeydə Sadıqova ilə bağlı şikayətə baxılıb.

Bu barədə vəkil jurnalistlərə açıqlamasında bildirib. 

Vəkilin sözlərinə görə, ondan “Modern Hospital” şikayət verib. Belə ki, klinika vəkilin icraatında olan mülki işlərin birində hospitalın kommersiya sirlərini açıqladığını iddia edib. 

İntizam komissiyası şikayəti araşdırıb və əsassız olduğu qərarına gəlib. Bundan sonra vəkil barəsində intizam icraatına xitam verilib.