Əli Kərimli Fuad Qəhrəmanlını yenidən müavin təyin etdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin iclası keçirilib. Bu barədə sosial şəbəkədə partiya üzvləri məlumat yayıblar.
Nürəddin Məmmədli və Seymur Həzinin Ali Məclis sədrliyinə namizədlikləri səsə qoyulub. N.Məmmədli Ali Məclisin sədri seçilib.
Daha sonra isə Səadət Cahangir, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Seymur Həzi və Kamil Vəli AXCP sədrinin müavinləri təyin ediliblər və onların təyinatı səsə qoyulub, təsdiqlənib.