Sosial şəbəkədə biz:

"Rusiya Cənubi Qafqazdan getmir və gedə də bilməz" - Peskov

05 September 2023, 16:05
Gündəm

"Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı Cənubi Qafqaz regionundan uzaqlaşmaqda ittiham edən açıqlamaları ilə razılaşmır. Əksinə, Rusiya Federasiyası regionu tərk etmək istəmir və tərk edə bilməz".

Bu sözləri- Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz baş nazir (Nikol Paşinyanın) bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, - Kreml sözçüsü vurğulayıb.