Sosial şəbəkədə biz:

Avropa Parlamenti Qubad İbadoğlunun həbsini müzakirəyə çıxarır

09 September 2023, 01:01
Gündəm

Avropa Parlamenti Azərbaycan Demokratik və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsini müzakirəyə çıxaracaq. 

Bu barədə sentyabrın 8-də Qubad İbadoğlunun qardaşı Qalib Bayramov "Feysbuk" hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, Avropa Parlamenti sentyabrın 13-də insan hüquqları, demokratiya və qanununun aliliyi mövzusunda təxirəsalınmaz müzakirələr keçirəcək. Starsburqda keçiriləcək plenar iclasın gündəliyinə Qubad İbadoğlunun həbsi məsələsi də salınıb.

"Müzakirələrdən bir gün sonra, sentybarın 14-də məsələ ilə bağlı qətnamə qəbul olunacaq", - Qalib Bayramov bildirib. 

Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları rədd edir. O, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.