Sosial şəbəkədə biz:

Blogger xanım: “Yusif Qədimbəylinin İlham adlı qardaşı oğlu başıma silah dirəyib, məni səhərə kimi döydü”

18 September 2023, 00:31
Gündəm

Azinforum.az xəbər verir ki, “Tik-Tok” şəbəkəsində böyük izləyici səhifəsi olan, “Fidan 009” adlı profilin sahibi, Fidan adı ilə tanınan bloger sensasion paylaşım edib. O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər. Blogger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur “Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs “Tik-Tok”da “The one” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr göndərib. Onların arasında hətta yaxın münasibətin olduğu da bildirilir. Xanım blogger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Eyni zamanda bildirib ki, ona işgəncə verən İlham Qədimbəyli ölkədən qaçıb. Təəssüflər olsun ki, bu məsələni dəqiqləşdirmək üçün İlham Qədimbəyli ilə əlaqə yarada bilmədik. Azinforum.az olaraq, onun da mövqeyinə yer verməyə hazırıq. Xanım bloggerin sensasion çıxışının videosunu təqdim edirik:

https://youtu.be/7vj3VUu3phc?si=TpYyrVX5fRnoNH04